{Bənd 1}
Bütün xəyallarını, gələcəyini onunla qurdun
Həyatın, gələcəyin dağılar deyə özündən qorxdun
Artıq onsuz olmaz deyə ruhunla ona təslim oldun
Zamanla adiləşib, onun gözlərində bir heç oldun
{Keçid}
Sən düşünmə ki, nəyi harada, necə səhv etdin
Sən düşünmə ki, onu lazımından az sevdin
Ona sənsiz rahatdırsa, çalış, barış bununla
{Nəqərat}
Ağlama, dəyməz o göz yaşına
Göz yaşını axıtma boşuna
Dəyməz o atılan dırnağına
Tək burax onu öz vicdanıyla
Ağlama, dəyməz o göz yaşına
Göz yaşını axıtma boşuna
Dəyməz o atılan dırnağına
Tək burax onu öz vicdanıyla
{Bənd 2}
Yalanları doğrulardan ayırmadın deyə üzülmə
Aldanan yox, aldadan günahkardır, özündə günah görmə
Sən onu adam bilib, bütün varlığınla təslim oldun
Sən onu sevib, qorxmadan verdiyin hər sözündə durdun
{Keçid}
Sən düşünmə ki, nəyi harada, necə səhv etdin
Sən düşünmə ki, onu lazımından az sevdin
Ona sənsiz rahatdırsa, çalış, barış bununla
{Nəqərat}
Ağlama, dəyməz o göz yaşına
Göz yaşını axıtma boşuna
Dəyməz o atılan dırnağına
Tək burax onu öz vicdanıyla
Ağlama, dəyməz o göz yaşına
Göz yaşını axıtma boşuna
Dəyməz o atılan dırnağına
Tək burax onu öz vicdanıyla