{Bənd 1} Bütün xəyallarını, gələcəyini onunla qurdun Həyatın, gələcəyin dağılar deyə özündən qorxdun Artıq onsuz olmaz deyə ruhunla ona təslim oldun Zamanla adiləşib, onun gözlərində bir heç oldun {Keçid} Sən düşünmə ki, nəyi harada, necə səhv etdin Sən düşünmə ki, onu lazımından az sevdin Ona sənsiz rahatdırsa, çalış, barış bununla {Nəqərat} Ağlama, dəyməz o göz yaşına Göz yaşını axıtma boşuna Dəyməz o atılan dırnağına Tək burax onu öz vicdanıyla Ağlama, dəyməz o göz yaşına Göz yaşını axıtma boşuna Dəyməz o atılan dırnağına Tək burax onu öz vicdanıyla {Bənd 2} Yalanları doğrulardan ayırmadın deyə üzülmə Aldanan yox, aldadan günahkardır, özündə günah görmə Sən onu adam bilib, bütün varlığınla təslim oldun Sən onu sevib, qorxmadan verdiyin hər sözündə durdun {Keçid} Sən düşünmə ki, nəyi harada, necə səhv etdin Sən düşünmə ki, onu lazımından az sevdin Ona sənsiz rahatdırsa, çalış, barış bununla {Nəqərat} Ağlama, dəyməz o göz yaşına Göz yaşını axıtma boşuna Dəyməz o atılan dırnağına Tək burax onu öz vicdanıyla Ağlama, dəyməz o göz yaşına Göz yaşını axıtma boşuna Dəyməz o atılan dırnağına Tək burax onu öz vicdanıyla