Ən adi günlərdən biri idi o gün
Səni ilk gördüyüm, tanıdığım gün
Sevgi hisslərinə büründü ürək
Məni dinləmədi bağlandı ürək Hər gün görüşürdük biz gizli-gizli
Gecələr ulduzlar bizi güdürdü
Sənə ürəyimdən sirrlər açardım
Sakit dinləyərdin, mən danışardım Nə vaxtsa bu evin yanından keçsən
Gəlib yavaş-yavaş qapını döysən
Evdən nazlı şirin bir səs eşitsən
Bil ki, o səs sənin yadigarındır Amma bütün bunlar geridə qaldı
Ayrılıq sevgiyə yolunu açdı
Bir gün gəlib mən gedirəm dedin
Başqa birisinə aidəm dedin O an inanmadım sənin sözünə
Dinlədim yolunu kəsə bilmədim
Dilimdə kəlmələr dolaşıb qaldı
Mən sənə sağ ol deyə bilmədim Nə vaxtsa bu evin yanından keçsən
Gəlib yavaş-yavaş qapını döysən
Evdən nazlı şirin bir səs eşitsən
Bil ki, o səs sənin yadigarındır Nə vaxtsa bu evin yanından keçsən
Gəlib yavaş-yavaş qapını döysən
Evdən nazlı şirin bir səs eşitsən
Bil ki, o səs sənin yadigarındır