Ən adi günlərdən biri idi o gün Səni ilk gördüyüm, tanıdığım gün Sevgi hisslərinə büründü ürək Məni dinləmədi bağlandı ürək Hər gün görüşürdük biz gizli-gizli Gecələr ulduzlar bizi güdürdü Sənə ürəyimdən sirrlər açardım Sakit dinləyərdin, mən danışardım Nə vaxtsa bu evin yanından keçsən Gəlib yavaş-yavaş qapını döysən Evdən nazlı şirin bir səs eşitsən Bil ki, o səs sənin yadigarındır Amma bütün bunlar geridə qaldı Ayrılıq sevgiyə yolunu açdı Bir gün gəlib mən gedirəm dedin Başqa birisinə aidəm dedin O an inanmadım sənin sözünə Dinlədim yolunu kəsə bilmədim Dilimdə kəlmələr dolaşıb qaldı Mən sənə sağ ol deyə bilmədim Nə vaxtsa bu evin yanından keçsən Gəlib yavaş-yavaş qapını döysən Evdən nazlı şirin bir səs eşitsən Bil ki, o səs sənin yadigarındır Nə vaxtsa bu evin yanından keçsən Gəlib yavaş-yavaş qapını döysən Evdən nazlı şirin bir səs eşitsən Bil ki, o səs sənin yadigarındır