Qaraqan - Öz Dünyam lyrics

Published

0 967 0

Qaraqan - Öz Dünyam lyrics

[ Verse 1 ] Mənim içimdəki dünyadan da məni qovanda qəlbim Anladım ki, bu dünyanı eləməliyəm öz dünyam Xəyallarda yaratdığım şəhzadənin çıxdım axtarışlarına Boz binaların altında Döyüşlər, ölümlərlə üz-üzə dəqiqələrin rəqsi Cəllad oldu əqrəblər, saatlarımın başını kəsdi Keçdi günlər, tapdım ümidi mahnılarda, gecələrim Neçə soyuqda, neçə payızda gecəni küçədə gecələdim Qaraladım, səpələdim sətiri, doldu səhifələr Mən ümidi bağladım zəncirlə, qaçmasın bu həftələr Bu pərdələr cırılacaq, bu divarlar da söküləcək Düşmənlərim bağışlanmaq arzusunda düzüləcək Mən inana bilmirəm ki, tab gətirər başqa kimsə bu qədər dərdə Beynimin hüceyrələrini dağıdır şeytan şübhələrlə Qapısı bağlı Yaradanın, daş atanda pəncərəsinə Tutdu qəzəbi, qırdı qanadı, tulladı insan dərəsinə [ Chorus ] ... Beləcə keçirdi günlərim [ Verse 2 ] Mən gəlməmişdən əvvəl mələklər verdilər silah Bu istedaddır, sanki, çiyinlərdə görünməz qanad Bu istedaddır, köməyim olur, amma qoymur yatmağa Mən gəlməmişəm şair olmağa, ya da ad ucaltmağa Məndən zəhlən getsin, nifrət elə, istəsən söy məni Necə danışmasın dilim, əgər görürsə gözlərim? Necə gülüm mən, əgər ağlayırsa yetim körpələr? Necə xoşbəxt olum qəribəmsə doğma ölkədə? Bir qış, bir albom - yalnız içimdəki hisslər Mənə sual vermə, cavabını artıq verib gözlər Mənə kömək olma, sonda minnət edəcəksənsə Nəyə gərəkdir qürur, axır-əvvəl sevəcəksənsə? Boş sualların cavabları da boş Boş inamların savabları da boş, allahları da daş Gözlərində qış, neçə təbəssüm intiharlarında taqətsiz Yolçu qəlbim yollar ortasında istiqamətsiz [ Chorus ] ... Beləcə keçirdi günlərim

You need to sign in for commenting.
No comments yet.