Qaraqan - Mənim Dərdim lyrics

Published

0 756 0

Qaraqan - Mənim Dərdim lyrics

[ Chorus ] Vurduqca nəbzim, döyüldükcə qəlbim Sənin gözlərini təsvir edir qələmim Sən mənim dərdim, mənim şeytanım və mələyim Sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi Qırıldıqca qəsrim, bəsdir vurdun bəsdir Qəlbimi sındırdın, qaldı təkcə bədənim Sən mənim dərdim, mənim şeytanım və mələyim Sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim? [ Verse 1 ] Payızın göz yaşları idi, döyürdü pəncərəmi Sonra qucaqlayıb ruhumu mən evdə gizləndim Sonra bağlı qapısı döyüldükcə otağımın, susurdum Sonra gözlərin dənizlərində balıqlar üzürdü Səhifələr qurtardı, həyat kitabçam boş artıq Ağlamaqla bitmir dərdlər, ağlamaqla onlar artır Zaman, don! Tək qalanda dostların içində özgə Amma gizləndikcə içimə, özümü tək qalanda tapdım Sənin gözlərin də ağlayırdı səssiz Günah məndədir, bir nəfər göstər səhvsiz Sınıq budaqlar üçün artıq külək əsmir Qalın geyin, birtəhər keçirək fəsli Bizim aramızda yüz minlərlə pərdə Mənim divarlarım tab gətirmir dərdə Mənim tənhalığım oldu ən yaxın dost Mənim yaddaşımdan ağrılarımı poz, H.O.S.T! [ Chorus ] Vurduqca nəbzim, döyüldükcə qəlbim Sənin gözlərini təsvir edir qələmim Sən mənim dərdim, mənim şeytanım və mələyim Sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi Qırıldıqca qəsrim, bəsdir vurdun bəsdir Qəlbimi sındırdın, qaldı təkcə bədənim Sən mənim dərdim, mənim şeytanım və mələyim Sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim? [ Verse 2 ] Gülüşün arxasında hansı hisslər gizlənib? Yenə çirk palçığın üstünü örtdü qar Çox işıq salma, mənim qaranlığım hirslənir Arxamca atdığın daşlardır yadigar Həyatı tozlu döngələrdə keçirdikcə Mən sənin qiymətini bildim itirdikcə Sənin saraylarında daha neçə şəhzadə Atılmış oyuncaq olacaq, sən bezdikcə? Sənin gözlərində yoxdur artıq sevgi Onlar qaçır görüşdükcə gözlərimdən Sənin həyat kitabın bəlkə boş qalardı Əgər mən olmasaydım ilk səhifəsində Məni unutmuş dostlarımla gəldim üzbəüz Hardaydınız, dostlar? Bu, mənəm! Qaraqandır! Amma tanımayıb onlar yanımdan keçdilər Həyatdan təkcə yorğunluq bizə qalandır Beləcə ötürürdük keçmişə günləri Külək süpürürdü keçmişin küllərini Sən də tullamışdın verdiyim gülləri Nə oldu sənə? Nə tez unuttun gülməyi, gülüm? [ Chorus ] Vurduqca nəbzim, döyüldükcə qəlbim Sənin gözlərini təsvir edir qələmim Sən mənim dərdim, mənim şeytanım və mələyim Sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi Qırıldıqca qəsrim, bəsdir vurdun bəsdir Qəlbimi sındırdın, qaldı təkcə bədənim Sən mənim dərdim, mənim şeytanım və mələyim Sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim? [ Verse 3 ] Sevgi də körpələr tək doğulur ağrılarla Amma son nəfəs də, son ümid də səssiz Mən artıq yox oldum zülmətdə qarğalarla Mənim azadlığım bu gündən artıq səddsiz Qaralanmış şimal küləkləri ilə əsdim Mən artıq uçub getmişəm bu dar qəfəsdən Sənə olan sevgimi əllərimlə boğdum Dedim, gəl dost qalaq, dedin, əlvida [ Chorus ] Vurduqca nəbzim, döyüldükcə qəlbim Sənin gözlərini təsvir edir qələmim Sən mənim dərdim, mənim şeytanım və mələyim Sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi Qırıldıqca qəsrim, bəsdir vurdun bəsdir Qəlbimi sındırdın, qaldı təkcə bədənim Sən mənim dərdim, mənim şeytanım və mələyim Sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?

You need to sign in for commenting.
No comments yet.