Qaraqan - Mən və Sən lyrics

Published

0 1405 0

Qaraqan - Mən və Sən lyrics

[Verse 1: Qaraqan] Gözlərin iki okean, göz yaşların aysberq Mən içində kiçik balıq Hələ bitməmiş bir roman, povest Hələ başlaya bilməmiş bir nağıl Yenə yaralıdır qanadlar, uça bilmirəm sənsiz Necə yorulub ayaqlar, qaça bilmirəm səndən Məni bağışla, tərk et, tez get Sevgim qaralama dəftəri, sən yaralarıma dərman, zamandan yaxşı Qəlbim qorxaq uşaq kimi, kim deyir acı həqiqət şirin yalandan yaxşı? Bakının boz küçələri, sentyabr, bir az külək, ara bir yağış Bəlkə öləcək sevgimiz, amma qoy hələ yaşasın mahnımız [Chorus: Qaraqan] Bütün arzularımıza da buz Nə qalar məndən sənə iz? Bir ürək, bir alov, bir köz Bir az döz, bir az döz Yaz bir məktub, ya da bir söz Bir soyuq baxış, ya da hiss Artıq mən və sən deyil biz Sən mənsiz, mən sənsiz [Verse 2: Qaraqan] Gecə gündüzə qarışıb, sən yoxsan Otaq boşdur, zəng gəlmir Buz döşəmələr, pəncərəm pərdəli Sənin incə əllərin Sənin incə əllərin məni isidərdi Kobud qollarım səni qoruyardı Şirin sözlərin məni yaşadardı Keçmişə bir günlük qayıdardım, mən qayıdardım Dəyişərdim, tanımazdın Kaş mənim həyatımda heç olmazdın Kaş ləpələr sahilə gəlməzdi Kaş sahil dənizini sevməzdi Onda dalğalar da geri dönməzdi Bala balıqlar quruda ölməzdi Qələm əllərimdə kül olsa da gülmürəm Sənsiz ölərəm deyirdim, amma ölmürəm [Chorus: Qaraqan] Bütün arzularımıza da buz Nə qalar məndən sənə iz? Bir ürək, bir alov, bir köz Bir az döz, bir az döz Yaz bir məktub, ya da bir söz Bir soyuq baxış, ya da hiss Artıq mən və sən deyil biz Sən mənsiz, mən sənsiz [Verse 3: Qaraqan & Ayka] [Ayka] Dəli küləklər son məktubunu əlimdən aldı Yenə tək qaldım, yenə sənsiz həyatım olub mənə zindan Yenə sən, yenə qan, yenə Qaraqan Yenə əlimdə parçalanır ümid Yenə dənizimə büründü dumanlar Yenə yalanlar, yenə yalanlar... [Qaraqan] Dəli küləklər, bizim içimizə sonbahar gələcək Yenə töküləcək yarpağı sevginin Yenə yağacaq yağışlar qarışıb göz yaşına [Ayka] Sevmirəm, sevmirəm Necə qorxuram sevdiyimi deməkdən, aman Allah Bilmirəm, bilmirəm Niyə səni belə sevirəm, sevmirəm, mən sevirəm [Chorus: Qaraqan] Bütün arzularımıza da buz Nə qalar məndən sənə iz? Bir ürək, bir alov, bir köz Bir az döz, bir az döz Yaz bir məktub, ya da bir söz Bir soyuq baxış, ya da hiss Artıq mən və sən deyil biz Sən mənsiz, mən sənsiz

You need to sign in for commenting.
No comments yet.