Qaraqan - Hostçu lyrics

Published

0 940 0

Qaraqan - Hostçu lyrics

[Verse 1] Boz küçəylə addım addımın dalıyca, gözünü günəşə bağlayıb Titrəyir gülüş dodaqlarında, gözlər ağlayır Axtarır Allahı, bu tənhalığı boğmaq üçün Amma ayaqlar donur, saxlayır Zamanla qaçdı-tutdu oynayır, ölümlə gizlənpaç Onun nə ümidi var, nə qorxusu, o vəhşi, həm də ac O bezib, insanların saxta gülüşlərinə tab gətirmir Bu nə zaman ki dolur tarix, amma heç bir ad gətirmir O evdən qaçıb, dostlar indi ailədən yaxın Gözlərini açıb kirpiklərini qırpmadan baxır O bilir, bu yol çox çətindir, kələ-kötürlü, daş-tikanlı Amma qollarında güc var, arxasında dayaq Tanrı Ümidlərini basdırıb o, qorxularının yanında İndi daşdır sanki, bərkdir, qaranlıq axır qanında Kapüşonun altında göz bəbəklərində qanlı zülmət Göz yaşıyla ürək torpağında yetişir ancaq nifrət [Chorus] (2x) Onu danışdırma, o indi öz dünyasında Çırpılır qanadlar, o uçacaq buralardan Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün Axı o qəhrəmandır, deməli, özünü məhv edəcək xalq üçün [Verse 2] Qara küçə, qara geyim, qıraqdan çaqqal atmacaları Hara qaçım? Hara gedim? Ürəkdə həyat tapmacaları İnsan gölməçələri necə dayazdır, nə qədər boşdur hamısı Nə qədər tənqid, nə qədər zərbə, xeyri yoxdur, xoşdur hamısı Hər kəsdən fərqli, bəzən soyuq, bəzən qəzəbli O düşmənini didər baxışla, amma sakit, ədəbli İçində qarğalar yuva qurub və qanlı çiçəklər Ay çıxanda canavar ağlayır və gülür küçüklər Maniken şəxsiyyətlər yarımçıq binalara bənzər O tərs baxışlar, əyri dodaqlar və mənasız nəzər O bezib belələrindən, içi də, çölü də, hamısı saxtadır Seçilir cəmiyyətdən, özü kimi insanlar axtarır [Chorus] (2x) Onu danışdırma, o indi öz dünyasında Çırpılır qanadlar, o uçacaq buralardan Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün Axı o qəhrəmandır, deməli, özünü məhv edəcək xalq üçün

You need to sign in for commenting.
No comments yet.