Qaraqan - Mələk lyrics

Published

0 1499 0

Qaraqan - Mələk lyrics

[Verse 1: Qaraqan] Sözlər və qış, gözlər və yaş Təhqir, alqış, biz düşmən Və yaz, qələmi ağlat və qaç Öldür və sev, sənsiz dözməz Sənsən ailə və ev Qaytarma, seç artıq, ayrılmaq gec Ola bilmir doğma, silə bilmirsən heç Hisslər sönür artıq bax Bütün hisslər də buz Kimdi axı o? Sadəcə sıradan bir qız Amma baxışları dəli eləyir məni Onun qolları əbədi qəfəsim Məni öldür, ya götür bu dərdləri Bumu sevgi? Mən tanımıram hissləri Sözlərmi sərt yoxsa hisslərdi sədd? Mən səndə artıq qoymayacam sərhəd [Chorus: Gültəkin] Dumanlar dəyişir şəhəri tanınmaz haləti ilə Küləklər rəqs edir hisslərimizin hərarəti ilə Ürəklər dözə bilərmi, de, dillər susa bilərmi? Mələklər yaralı qanadı çırpıb uça bilərmi? [Verse 2: Qaraqan] Günlərlə qəm, mən sənsiz kiməm? Sənə yazdığım sətirlərdə tapdım vətən Sən burada özgə, mən sənsiz kölgə Mən sənsiz buz baxışlı, daş bir heykəl Çıxart dərini, mənə çılpaq ruhunu göstər Məni məhv edir bu uzun səssizlik Məni yandır, buz ürəyimə ver isti Artıq nifrət eləsən də mənə bəsdir Təki yanımda qal, mən olum təslim Bu otaqlarda yox artıq divarlar Acı xatirələr ürəyə toz bağlar Baxışlar qalır, uzaqlaşır ayaqlar Ruhlar qucaqlaşır, uzaqlaşır ayaqlar Pərdələri aç, təkcə çılpaq həqiqət Aramızda yox artıq sərhəd [Chorus: Gültəkin] Dumanlar dəyişir şəhəri tanınmaz haləti ilə Küləklər rəqs edir hisslərimizin hərarəti ilə Ürəklər dözə bilərmi, de, dillər susa bilərmi? Mələklər yaralı qanadı çırpıb uça bilərmi? (2x)

You need to sign in for commenting.
No comments yet.