PRoMete - Qərənfillər lyrics

Published

0 332 0

PRoMete - Qərənfillər lyrics

[VERSE: 1] Bəzən kömək olmur ötüb gedən günlər belə Nə qədər ağladığımı, yəqin, qərənfillər bilər Bu ağrı çox acıdır, dadmasan, anlamazsan Gecələr içini dəlib, deşib, keçər düşünərsən, yaşamazsan Gözünü yuman kimi gələr dayanar önündə Söhbət də gedə bilməz bu itkidə ölümdən Nə qədər yalvarmışam Allaha ki, ölüm mən Neçə ildir yaşayıram gör bu zülümlə Geriyə çevirmək olmur, zaman uçur Bundan da böyük ağrı varmı ana üçün? Deyirlər – “vaxt gətirər bütün yaralara köz” Mən bildim bu neçə ildə, bu deyil düz Yəqin ki, bu da həyatın ayrıca bir naxışı Gözümün önündən getmir qapıdan çıxışı Öpdü alnımdan. “Qayıdacam” – dedi Gözümə baxanda, gördüm ki, vidalaşır [Chorus: Aqşin Abdullayev] Ana, sil göz yaşını Sən ağlama Vətən var olsun! Həsrət qalan kəslərə Qoy hər zaman Tanrı yar olsun! [VERSE:2] Tez-tez qapımı döyürdü əlaqədar təşkilatlar Bayram günlərində uşaqlara şirniyyatlar Hər gün gedib gəldiyim yollar eyniydi Xəbər tutdu sürücülər, pulsuz oldu nəqliyyat da Elə bil, hamı çalışırdı bölməyə dərdi Bu millət yaxşı bilir, xeyir nədi, nə şərdi Uşaqlar saxladı məni bu illər həyatda Yoxsa, onun arxasınca mən də gedərdim Döyüş başlayanda, biz Moskvadaydıq Bir gün gəldi, dedi – “vaxtdır artıq qayıdırıq Vətən dardadırsa, gərək burda qalmayaq biz Bakıda çətin olacaq, amma ki, uyğunlaşarıq” Bakıya qayıdanda, 2-ci uşağa hamiləydim O könüllü döyüşə yazılanda, nə biləydim Daha döyməz bu evin qapısını bir daha?! Həmişə ümidlə baxan adam idim sabaha Amma içimdən bir səs deyirdi – “qoyma getməyə” Onda vəziyyət başqaydı, saxlaya bilmədim Qara xəbər gələndə, xatırladım sözlərini Qürürlandım, amma ağlaya bilmədim [Chorus: Aqşin Abdullayev] Yarım, sil göz yaşın Sən ağlama Vətən var olsun! Həsrət qalan kəslərə Qoy hər zaman Tanrı yar olsun! [VERSE: 3] Uşaqlıq xatirələrim bölünür iki yerə: Əvvəli biraz bulanıq, amma atalı Sonra təkrarlanan ana gözyaşı Çətinlik, məşəqqət, qayğılı-qadalı Atamı çox soruşardım o illər anamdan Bezmədən hər dəfə deyərdi ki, qayıdacaq Heç vaxt düşünməzdim bu sözlər yalandı Və illər keçdikcə, zaman bizi ovudacaq Atamın şəhid olduğunu məktəbdə uşaqlar deyəndə Əvvəl elə bilmişdim, bu hərbi rütbədir Anamdan soruşanda ki, şəhid nədir? Həyacandan çaşıb demişdi – “atan əsgərlikdədir” Amma sonra çökərək qarşımda diz üstə Qucaqlayıb izah edəndə mənə hər şeyi Gözlərim doldu, görəndə anamı qəhər boğub Ağlamaqdan başqa bilmədim neyləyim?! [Chorus: Aqşin Abdullayev] Qızım, sil göz yaşın Sən ağlama Vətən var olsun! Həsrət qalan kəslərə Qoy hər zaman Tanrı yar olsun!

You need to sign in for commenting.
No comments yet.