O'D - Guerrilla lyrics

Published

0 333 0

O'D - Guerrilla lyrics

[Verse 1: Xpert] İllər öncə bir neçə üləma USA iti Şəhid evində yolunan saç dinamit üçün fitil Allah, səni inkar edir nəzəriyyələri cahilin Onlar hələ də hesab edirlər, Darvin dahidi Zavodlar məni əridir, bacalardaki tüstüm Kapitalizm arzularımı qızıl qəlibə süzdü... Brendlərin yarışmasıdır bu, “kim kimdən üstün?” Cəhənnəmdə yananların parıldasın büstü Acından ölən Gəncə ultimatum “Azzar” Dinim hər gerilədikcə adına damğa basar Bir tərəfdə bu saqqallı dar balağlı dazlar Bu biri yanda svetafordan adam asarsa farslar Əsgər qanı flakondadı, qalaktikadı paqonlar Bircə imza atsa vərəqə, meyit dolar vaqonlar Getmək səcdəyə çətindir, onurğamızı qırıblar Beldə AK 74, X dağda Guerrilla [Hook 2x: Luter] Ey insan oğlu, günəşin sönür üzü zühura doğru Xəmiri çiy südlə yoğrulubdu ki Özgə qanını içib öz qanında boğulub [Verse 2: Xpert] Görmədiyimiz hər kadrda 3 gözü var, “Blade”-in Sonsuzluğa yol açırmış cins şalvar, n'eynim?! Geydirmədi “made in China”, sanki kəfəni meyitin Süqut eləsin fərziyələri Ziqmund Freydin Allah! qəlbimizdə həkk olunub qalsın... Müşkül bir işdir məncə, kəşfi kimidir Marsın! Bıçağı soxub dibinə qədər döş qəfəsimi yarsın Orqan mafiyaları mənim qəlbimi axtarsın!... Mentalitet qurbanları girib netdə gicdər Baş monitor qoldan keysə qoşub neşdər... Keçid dövrü deyilir buna keçə bilsən, keç də Biz keçmişi unutmuruq, unutdu keçmişlər Bizi, yerə atıbsa dizin Avropadasa, hər bir ölkə bir qırağıdı, bezin Hardaydılar olmasaydı yanacaq, qaz, benzin? Sizin, bizim söhbəti yoxdur, hər şey kapitalizmindir

You need to sign in for commenting.
No comments yet.