De! Kimim var ki, səndən başqa ? Axı kimim var?! Sən qismətim, mənim taleyim Dünyada mənim, mənim hər şeyim Daha sənə, sənə nə deyim De kimim var ki, səndən başqa Sən vüqarım, bəxtim taxt-taçım Dərdimə dərmanım, çarəm, əlaçım Gedim kimə ? axı, kimə əl açım? De! kimim var ki, səndən başqa Səninlə bir döyünür vurur bu ürək Kaş sənə qıymasın, qıymasın bu fələk Gəl atma məni oda, məni oda Satma dosta-yada sən, dosta-yada Yalqızam bu dünyada, bu dünyada Hərdən məni sən sal yada, bir sal yada Dizimə baş qoyanım, ağlayanım Dar günündə mənə bel bağlayanım Dar günündə mənə bel bağlayanım Sənsən qolum qanadım, qolum qanadım Hər yerdə səni, səni sınadım Ömrüm, günüm günüm həyatım De! kimim var ki, səndən başqa Sən dalğalı dəryam, dənizim Dilimdəki adın, ən şirin sözüm Canım, gözüm, doğmam, əzizim De! kimim var ki, səndən başqa Səninlə bir döyünür vurur bu ürək Kaş sənə qıymasın, qıymasın bu fələk Gəl atma məni oda, məni oda Satma dosta-yada sən, dosta-yada Yalqızam bu dünyada, bu dünyada Hərdən məni sən sal yada, bir sal yada Dizimə baş qoyanım, ağlayanım Dar günündə mənə bel bağlayanım Dar günündə mənə bel bağlayanım