Hər gecə səni mən səslədim, Yolunu sübhədək gözlədim Eşq odu məni, yar, yandırar, Rəhm elə, amandır intizar. Göz yaşım sel olar, ah sənsiz, Bülbüləm, neylərəm çəmənsiz? Bəs hanı, hanı, yar, o sevda? Gör nələr, nələr var başımda! Bir günəş nuru var üzündə, Gözlərim hər zaman gözündə, Mən səni araram, araram Gül çiçək sanaram, sanaram.