[Verse 1]
Qəribədir hərəsidə bir tərəfdən gəlirlər kəlam, qələm, səs həvəsinə
Mənim əvəzimə küləklər kimi əsib istərlər məni əzsinlər, tələsirlər
Təzəsinə şərabın verərlər, 2 köpük qədəhinə, necə istər bəzəsinlər
Mənə deyiblər ki; gəldinsə silah ilə vurma çiyinə qola vur tam təpəsinə
Qələmimin ucu iti gizlənin itim kimi tapar xəstə quduzdu qapar
Çənənizi bağlayın ayıb olub, birdə camaat içində mənə demiyin “ata”
Əlinizi şişirdərək mənə göstərmiyin gücünüzü, siz odun, mən balta
2 ildi gedib səsim, amma qalıb atalar sözüm; “Qaraqan mindisə çapar”
Səbəbi, nə qəzəbim, bu ki, deyil qəzəb kimi əsəbdir ki, təbiət zəlzələsi hə
Hərənizi sərib bir ipə, qurulayıb, ütülərik, bitirib keçərik təzəsinə
Sənin kimiləri yeddi ili, amma mənim ayıma biri gələr də bəzən həftəsinə
Sizin hələdə bakirə bildiyiniz səhnələri neçə il əvvəl açmışam pərdəsini
Əlinizi çəkin dizlərinizi kimi dolu kir tonu hin toyuğuna diss gəlir
Hamınızı bir gözünə bu tərəzinin qoyub o biri gözünə qoyaram bir sətir
Sizin underground zirzəmi gizlənin, elə oradır deşiyi sizlərin
Sizə demişdilər; Qaraqan gəlir, amma deməmişdilər; gələndə biraz pis gəlir
[Verse 2]
Gənə dərisinə yapışar qanı çəkər dartsan çıxmaz onu lazımdır kəsmək
Salıb hərəsidə ağzına b**h, b**h, b**h ay bala biçmək üçün lazım əkmək
Sizin dilinizi uzadıblar, söyüşlərinizi vaxt çatıb çənənizə tikmək
Və su pərisinin ayaqları çıxıbsa, o demək deyil onu lazımdı…
Sizi səliqəli-səliqəli bağlaram, basdırıb Quran oxudub ağlaram
Hər sətirlər girirsə sizə çətin, onları yaxşıca-yaxşıca yağlaram
Nə qədər borcum var dağlara, amma sizlərə yox bir qəpikdə
Biz meşədəki ən qalın palıdlar, siz küçədəki kollar,kötüklər
Təriflədim hərə bir tərəfinə çəki gətirərək əlini-qolunu rahat sərələdi
Gərək elə sənin əlin oda girə, yandıra, yana-yana deyəsən: – Dədə, səhv elədim
Hərənizə bir nar çubuğu verdim, fikirləşin görün neyləməy olar onlarnan
Deyib getdim gələndə nə görsəm yaxşıdı, çubuqlar hələ də dartıram dallardan
Olmuyacaqsız kişi şalvarnan, törəməz heç vaxt, canavar çaqqaldan
Cəsarət olmuyacaq saqqalnan, qarışdırmıyın döyüşçünü bakkalnan
Sizin qılınclardan kəsərli bizim köhnə bildiyimiz ən küt qalxanlar
Mən qarğa bu 300 ildə çox gördüm sizin kimi sinəsinə döyən bala qartallar
Nə qədər ki, qələmim əlimə balta, mən bu meşələri doğraram, odun bağlaram
Ona-buna diss yazmasın, bala mənim qəbuluma gəlsin ölümünü axtaran
Vəhşi aslanları, pələngləri əhliləşdirib pişik edib bağçamda saxlaram
Sizin kimi şairlərin uzun dilini dodağına tikəcək iynəni saplaram