Empty spaces – what are we living for?
Abandoned places – I guess we know the score..
On and on!
Does anybody know what we are looking for?
Another hero – another mindless crime
Behind the curtain, in the pantomime
Hold the line!
Does anybody want to take it anymore?
The Show must go on!
Okaber Verse 1
Gücümüz qalmayıb qaldırmağa bir cənazəni
Qan axan çiyinlər də apara bilmir dəmir mafəni
Son məsafəni görüb çarmıxı vurub əlimə
Məkkədən Mədinəyə, Nəzaret'dən Yərusəlem'ə
Gecələr tonqal qurub yandırıram xatirələri
Ruhən fahişə olub da, cismən bakirələri
Qismən faciələri göz yaşında boğ getsin
Sənə öyrədilən də budur, hara gəldi, sox getsin
Əqidəm düz, ya da səhv, ölsəm dönmərəm
Bilsəm, dönən yoxdu, heç görsəm ölmərəm
Tökdüyünüz qan qədər tökməyə var qan bizimdə
37-nin hesabını ver, sonra danışaq kommunizmdən
Bura – yalanlar ölkəsi
Bura Zeitgeist-ə baxıb ateist olanlar ölkəsi
Buranın Məhəmmədi “неправ″ Mamedi “прав″dı
Ermənini söyənin sevdiyi veriliş “Comedy Club”dı
Efir də çəmənlikdi, hər gün söyüşən qoyunlar
Burda insanın nəsilini kəsib, ona heykəl qoyurlar
Polislər möhkəm vururlar, polislər – rapk**a
Deputatlar mumyalanıb, məmurlar – godzilla
Çatlasın beyin, tutulsun dil, partlasın bağır
Bizim üstümüzə yaltaqlıq yuxarıdan yağır
Həyat boğar zəifləri, öldürər gücsüzləri
Nə üzlü insanları anladım, nə də üzsüzləri
[Chorus]
Ona görə də, bizim yol fərqli
Qaraqan, Ali Khayyam, Okaber, RG
Əgər götürməzsə beyin, onda siz hələ də deyin
Bütün show'lar eyni, MadHouse show fərqli
Bizim yol fərqli
Qaraqan, Ali Khayyam, Okaber, RG
Əgər götürməzsə beyin, onda siz hələ də deyin
Bütün showlar eyni, MadHouse show fərqli
Okaber Verse 2
Ətraf çirkaba döndükcə şeir ədəbiləşir
Şair əsəbiləşir, görən, varmı əbədi bəşər ?!
Dahilər əbədiləşir, insanlar unudurlar
Yarpaq var, özü quruyur, yarpaq var, qurudurlar
Ömür gətir-götür
Mən görüb-götürmüşəm, sən də çəkib ötür yazılarımı
Hədəfi tətik sökür
İnsan ətin tökür bir gün görəndə ki, əlini rəqib öpür
Həyatımıza haram qatın, atın, zibilə döndərin
Mənim bədənim soyuğa öyrəşib, məni Sibirə göndərin
Manqurdun başına keçi dərisi tikib qibləyə döndərin
Dayazda boğulmursan,fəlsəfəmin dibinə göndərim
Buranın gədələrindən yoxdu
Mənim travmalarım zədələrimnən çoxdu
Hara baxırsız?! ermənidən betər olan gündən qara yaxırsız
[Chorus]
Bizim yol fərqli
Qaraqan, Ali Khayyam, Okaber, RG
Əgər götürməzsə beyin, onda siz hələ də deyin
Bütün showlar eyni, MadHouse show fərqli. (x2)